AZ

Paşinyan üçün sülh gündəliyi vacib siyasi resursdur - AÇIQLAMA

“Ermənistanın Baş naziri Nikol Paşinyan üçün Azərbaycanla həyata keçirdiyi sülh gündəliyi vacib siyasi resursdur”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, məhz bu resurs Paşinyana imkan verir ki, müxtəlif səviyyələrdə - həm daxili siyasi səhnədə, həm də xaricdə sülh gündəliyini öz nailiyyəti, uğuru kimi təqdim etsin:

“Paşinyan bununla sülh gündəliyi üçün daxildən və xaricdən dəstək istəyir. Əlbəttə, Ermənistanın baş naziri üçün xarici dəstək daha çox vacibdir, çünki Avropa İttifaqı, Avropa Şurasının dəstəyi eyni zamanda gələcəkdə müxtəlif investisiyalar layihələrin həyata keçirilməsi deməkdir. Bu da erməni cəmiyyətinin gündəlik həyatına təsir göstərə bilən bir amildir”.

İlqar Vəlizadə: Sülh gündəliyinə Qərbin dəstəyi eyni zamanda Paşinyanın hakimiyyətinə verilmiş dəstəkdir

Müsahibimiz hesab edir ki, ona görə də Paşinyan üçün Avropadan gələcək dəstək çox vacibdir. Dediyinə görə, bununla Paşinyan eyni zamanda qərbpərəst siyasətini, mövqeyini də gücləndirmiş olacaq:

“Həmçinin, daxildəki rəqiblərinə, müxalif qüvvələrə, o cümlədən xaricdəki lobbi şəbəkəsinə mesaj verir ki, onların arxasında heç kim dayanmayacaq, onlara dəstək olmayacaq. Yəni Paşinyanın siyasi ritorikası konkret məqsədlərə hesablanıb”.

“Baş nazir fərqindədir ki, sülh gündəliyinə beynəlxalq dairələrin, Qərbin dəstəyi eyni zamanda onun hakimiyyətinə verilmiş dəstəkdir”, - deyə İlqar Vəlizadə qeyd edib.

Aydın Baxış

Seçilən
25
1
bakivaxti.az

2Mənbələr