AZ

İranın milli futbol komandasının kapitanı Avstraliyada sığınacaq almaqdan imtina etdi

İranın qadınlardan ibarət milli futbol komandasının kapitanı Zəhra Qənbəri Avstraliyada etdiyi sığınacaq müraciətini geri götürərək ölkəni tərk edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The İndependent" qəzeti məlumat yayıb.

Məlumata görə, Qənbəri Asiya Kubokundan sonra Avstraliyada sığınacaq istəyən İran yığmasının beşinci üzvü olub, lakin sonradan qərarını dəyişərək ölkəni tərk edib.

Avstraliyanın daxili işlər naziri Toni Börkün ofisi martın 16-da komanda üzvünün bazar günü axşamı ölkəni tərk etdiyini təsdiqləyib.

Bildirilir ki, İran nümayəndə heyətinin yeddi üzvü Avstraliyanın təklif etdiyi humanitar vizaları qəbul etsə də, onlardan beşi sonradan vətənə qayıtmaq qərarına gəlib. Qənbərinin qayıdışından sonra isə iki iranlı futbolçu Avstraliyada qalaraq sığınacaq alıb.

Qeyd olunub ki, İran dövlət mediası futbolçuların vətənə qayıtmaq qərarını müsbət qarşılayıb.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
15
1
redaktor.az

2Mənbələr