AZ

Starmer Trampa “yox” deyib “İki lider arasında münasibətlər daha da pisləşə bilər”

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Böyük Britaniyanın Baş naziri Keyr Starmer ABŞ Prezidenti Donald Trampın xahişinə baxmayaraq, Hörmüz boğazında naviqasiyanı bərpa etmək üçün hərbi gəmilər göndərməkdən imtina edib. 

“AzPolitika” xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti öz mənbələrinə istinadla məlumat yayıb.

Qəzetin məlumatına görə, Starmerin Trampın xahişini rədd etməsi iki lider arasındakı münasibətləri daha da pisləşdirə bilər. Tramp daha əvvəl artıq Londonun öz hərbi bazalarının İrana qarşı ilk zərbə üçün istifadəsinə icazə verməkdən imtina etməsindən narazılığını bildirmişdi.

Martın 15-də "The Sunday Times" qəzeti yazıb ki, Britaniya Müdafiə Nazirliyi Hörmüz boğazına mina aşkarlayan dronlar göndərmək imkanını araşdırır. Böyük Britaniyanın Enerji Təhlükəsizliyi Ed Miliband "Sky News"a verdiyi müsahibədə bu variantın müzakirə olunduğunu təsdiqləyib. Lakin göründüyü kimi, İngiltərə mətbuatının yazdığına görə, Starmer Trampa daha böyük dəstək verməkdən imtina edir. Az öncə isə Tramp özü növbəti dəfə Britaniyanın hərəkətlərindən açıq narazılığını ifadə edib.

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
azpolitika.info

1Mənbələr