İsrail ordusu Livanın cənubunda quru əməliyyatına başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı İsrailin Müdafiə ordusu yayıb.
Məlumata əsasən, qoşunlar İsrailin şimalında yaşayan sakinlərin qorunması üzrə antiterror fəaliyyətlər çərçivəsində sərhədyanı bölgələrdəki hədəflərə zərbə endirir.
Müdafiə ordusunun quru əməliyyatına başlamazdan əvvəl artilleriyadan və hava zərbələrindən istifadə etdiyi də qeyd olunub.
Qeyd edək ki, İsrail martın 2-də Hizbullah hərəkatına qarşı əməliyyat keçirdiyini elan edib. Müdafiə ordusu bildirib ki, hərəkat İran tərəfində hərbi fəaliyyətləi bərpa edib.