AZ

Oskar ilk dəfə yeni kateqoriyada TƏQDİM EDİLDİ

Ajans.az yerli mediaya istinadən xəbər verir ki,ən yaxşı ansambl aktyor oyunu üzrə Oskar “Döyüşdən Döyüşə” filminin kastinq direktoru Kassandra Kulukundisə verilib. Filmdə Leonardo DiKaprio, Şon Penn, Benisio del Toro və bir çox digər tanınmış aktyorlar rol alıblar. Kulukundisin mükafatı qazandığı film amerikalı yazıçı Tomas Pinçonun “Vineland” romanı əsasında çəkilib. Qeyd olunur ki, Kassandra Kulukundis əvvəllər filmin rejissoru Pol Tomas Anderson ilə digər böyük layihələrdə də əməkdaşlıq edib.

Yeni kateqoriyada təqdim olunan bu mükafat, aktyorların ansambl performansına verilən diqqəti artırmaq məqsədini daşıyır.

Seçilən
36
Ajans.az

1Mənbələr