AZ

Haaland gələcəyi ilə bağlı qərar verdi

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland yaxın gələcəkdə klubunu dəyişə bilər.

Publika.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Norveçli futbolçu artıq “şəhərlilər”in rəhbərliyinə 2027-ci ilin yayında komandadan ayrılmaq niyyəti barədə məlumat verib. Mənbənin iddiasına əsasən, forvard qarşıdakı yay transfer pəncərəsində komandanı tərk etməyəcək və İngiltərədə daha bir mövsüm qalacaq.

Erlinq Haaland üçün əsas namizəd kimi “Real” göstərilir. Bundan başqa, iddialara görə, “Barselona” da ulduz futbolçunu heyətinə qatmağı arzulayır.

Seçilən
22
publika.az

1Mənbələr