AZ

Federasiyaların birləşməsi Azərbaycan idmanında yeni dövrün başlanğıcıdır

2026-cı il martın 14-də Azərbaycan Yelkən Federasiyasının Azərbaycan Su İdmanı Növləri Federasiyasına qoşulması ilə federasiyaların birləşdirilməsi prosesi başlayıb. Bu addım idman sahəsində idarəetmənin mərkəzləşdirilməsi və resursların daha səmərəli istifadəsi ilə nəticələnə bilər.

Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev federasiyaların əməkdaşlığının əhəmiyyəti barədə QHT.az-a danışıb.

M.Əliyev sözlərinə görə, o, uzun illər müxtəlif idman federasiyalarında fəaliyyət göstərib: “Çoxsaylı federasiyalarda həm idarə heyətində, eyni zamanda, dörd il Velosiped Federasiyasının prezidenti olmuşam və idman sahəsində karatenin bütün növlərində üzv olmuşam".

Muğan Əliyev bildirib ki, bu gün keçirilən layihələr və tədbirlər əsasən könüllü üzvlərin sayəsində uğurla başa çatır: “Keçirilən tədbirlər bütünlüklə onların sayəsində, yəni könüllü üzvlərin dəstəyi ilə həyata keçirilir".

Sədr vurğulayıb ki, idman sahəsində pərakəndəlik əvvəllər ciddi problem olub: “1994-cü ildə Gənclər İdman Nazirliyi yaradıldı və 1997-ci ildə Milli Olimpiya Komitəsinin iclası bu məsələlərin həllinə xidmət etdi".

Muğan Əliyev qeyd edib ki, federasiyaların birləşməsi idmanın inkişafı üçün vacibdir: “Su İdman Federasiyasının Yelkən Federasiyası ilə birləşməsi labüddür və bunu müsbət qiymətləndirirəm".

O əlavə edib ki, Azərbaycan idmanının inkişafı və bayrağın yüksəklərə qaldırılması sahəsində görülən işlər dünya ölkələrində də nümunə kimi qəbul olunur.

Fatimə Nəbiyeva

Seçilən
2
qht.az

1Mənbələr