AZ

Azərbaycan – Avropanın etibarlı enerji tərəfdaşı - MƏQALƏ

Azərbaycanın enerji siyasəti müasir dövlətquruculuğunun ən uğurlu və strateji istiqamətlərindən birihesab olunur. Müstəqillik qazandıqdan sonra ölkəniniqtisadi inkişafında enerji resurslarının səmərəli istifadəsivə dünya bazarlarına çıxarılması əsas prioritetəçevrilmişdir. Bu siyasətin təməli Ümummilli Lider HeydərƏliyev tərəfindən qoyulmuş, sonrakı dövrdə isə Prezidentİlham Əliyev tərəfindən uğurla inkişaf etdirilmişdir. Bu günAzərbaycanın təbii qazı Avropa enerji bazarında mühümrol oynayır və artıq Avropa İttifaqının 10 üzv dövlətiAzərbaycan qazı ilə təmin olunur. Bu fakt Azərbaycanınbeynəlxalq enerji sistemində strateji tərəfdaş kimimövqeyini açıq şəkildəgöstərir.​​​​​​​​​​​​1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpaetmiş Azərbaycan ağır iqtisadi və siyasi problemlərləüzləşmişdi. Lakin Ümummilli Lider Heydər Əliyevinhakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik bərqərar olduvə uzunmüddətli iqtisadi inkişaf strategiyası müəyyənedildi. Bu strategiyanın əsas istiqamətlərindən biriAzərbaycanın zəngin neft və qaz ehtiyatlarının dünyabazarına çıxarılması idi. 1994-cü ildə imzalanmış və tarixəƏsrin Müqaviləsi kimi daxil olan beynəlxalq neft müqaviləsiAzərbaycan iqtisadiyyatının inkişafında dönüş nöqtəsinəçevrildi. Bu müqavilə sayəsində ölkəyə milyardlarla dollar investisiya cəlb olundu və Azərbaycan qlobal enerjibazarında etibarlı tərəfdaş kimi tanınmağa başladı. Ardınca həyata keçirilən böyük enerji layihələri – xüsusiləBakı–Tbilisi–Ceyhan neft kəməri və Bakı–Tbilisi–Ərzurumqaz kəməri – Azərbaycanın enerji resurslarının dünyabazarına təhlükəsiz və sabit şəkildə çatdırılması üçünmühüm infrastruktur yaratdı. Bu layihələr yalnız iqtisadideyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyətdaşıyırdı. Azərbaycan enerji resursları vasitəsilə regiondamühüm strateji aktora çevrildi və beynəlxalq enerjixəritəsində yeni mövqe qazandı.​Azərbaycan qazınınAvropa bazarına çıxarılmasında ən mühüm layihə CənubQaz Dəhlizi hesab olunur. Bu qlobal enerji layihəsi Xəzərdənizi hövzəsindən Avropaya qədər uzanan nəhəng enerjiinfrastrukturu şəbəkəsidir. Ulu Öndərin müəyyən etdiyienerji strategiyası Prezident İlham Əliyevin rəhbərliyi iləyeni mərhələyə yüksəlmişdir. Dövlət başçısının həyatakeçirdiyi enerji diplomatiyası Azərbaycanın qaz ixracınıncoğrafiyasını genişləndirmiş və ölkəmizi Avropanın mühümenerji tərəfdaşına çevirmişdir. Son illərdə Avropaölkələrinin enerji siyasətində ciddi dəyişikliklər baş verib. Xüsusilə 2022-ci ildən sonra Avropa dövlətləri enerjitəchizatını şaxələndirməyə və alternativ mənbələrəüstünlük verməyə başlayıblar. Bu şəraitdə Azərbaycanetibarlı və sabit qaz təchizatçısı kimi ön plana çıxmışdır.Hazırda Avropa İttifaqı enerji təhlükəsizliyini təmin etməküçün yeni tərəfdaşlarla əməkdaşlığı genişləndirir. Azərbaycan isə bu prosesdə ən etibarlı tərəfdaşlardan birihesab olunur. Azərbaycanın uğurlu enerji siyasəti ölkəiqtisadiyyatının inkişafına böyük töhfə vermişdir. Enerjilayihələri sayəsində ölkəyə milyardlarla dollar investisiyacəlb edilmiş, yeni iş yerləri yaradılmış və iqtisadi sabitliktəmin olunmuşdur.Eyni zamanda enerji diplomatiyasıAzərbaycanın beynəlxalq nüfuzunu da gücləndirmişdir. Bu gün Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həmdə regionun mühüm geosiyasi və iqtisadi aktorlarındanbiridir. ​​​​​​Ümummilli Lider HeydərƏliyevin müəyyən etdiyi enerji strategiyası və Prezidentİlham Əliyevin qətiyyətli enerji diplomatiyası nəticəsindəAzərbaycan qlobal enerji bazarında etibarlı tərəfdaş kimimövqeyini möhkəmləndirmişdir. Avropanın enerjitəhlükəsizliyində Azərbaycanın rolu getdikcə artmaqdadırvə mövcud layihələr, yeni qaz yataqları və infrastrukturgenişləndirilməsi planları bu əməkdaşlığın gələcəkdə dahada dərinləşəcəyini göstərir.

YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov.

Seçilən
8
sia.az

1Mənbələr