Bakı.Trend:
Xaçmazda təqaüdçülərə kömək etmək adı altında yaxınlaşaraqonların kartlarını talayan şəxs saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumatverilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən keçiriləntədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən əvvəllərməhkum olunmuş 46 yaşlı Emin Səlimov saxlanılıb.
Faktlarla bağlı Xaçmaz Rayon Polis Şöbəsində Cinayət işibaşlanılıb, E.Səlimovun barəsində məhkəmənin qərarı ilə həbsqətimkan tədbiri seçilib.