AZ

Salmandan Trampa: İlanın başını kəsin!

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-İsrail müharibəsi fonunda ABŞ Prezidenti Donald Trampla müntəzəm olaraq danışır və onu İrana sərt hücum etməyə davam etməyə çağırır.

Turkustan.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“Salman Səudiyyə Ərəbistanının kralı Abdullahın əvvəllər verdiyi məsləhəti çatdırıb: “İlanın başını kəsin”.

Abdullahın bu məsləhəti 2010-cu ildə sızdırılan bir sıra diplomatik teleqramlarda yer alıb və bu teleqramlarda Körfəz liderlərinin Amerikanın İranın nüvə proqramına qarşı daha sərt tədbirlər görməsinə çağırdıqları aşkarlanıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. İran cavab olaraq ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə və İsrailə zərbələr endirir. /axar.az/

Seçilən
21
1
turkustan.az

2Mənbələr