Amerika tərəfi hələ də ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarının bərpası əmri ilə bağlı dəqiq bir izahat verməyib.
Herbiand.az xəbər verir ki, bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov nazirliyin saytında yerləşdirilən Moskva Nüvə Silahlarının Yayılmaması Konfransının iştirakçılarına video müraciətində bildirib.
Onun sözlərinə görə, Yaxın Şərq və Fars körfəzindəki kəskin hərbi və siyasi böhran fonunda nüvə silahlarının yayılmaması rejiminin taleyi ciddi narahatlıq doğurur. Lavrov həmçinin qeyd edib ki, bir sıra ölkələr mövcud patogenləri artırmaq və spesifik xüsusiyyətlərə malik süni mikroorqanizmlər yaratmaq üzərində işləyirlər.