AZ

İrəvan Bakının daha bir tələbini yerinə yetirdi: Müzakirə üçün parlamentə təqdim edildi

Ermənistanın yeni Konstitusiya layihəsinin mətni hazırdır.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan nazir yanında İctimai Şuranın ilk iclasında bildirib.

Onun sözlərinə görə, layihə Mülki Müqavilə Şurası və parlament fraksiyası tərəfindən müzakirə olunacaq.

"Konstitusiyanın mətnini ən qısa zamanda dərc edəcəyik. Aydındır ki, referendum seçkilərlə eyni vaxtda keçirilə bilməz. Bu o deməkdir ki, ictimaiyyətlə ünsiyyət qurmaq üçün daha çox vaxtımız olacaq", - Qalyan deyib.

Onun sözlərinə görə, məqsəd sənədin mətni ilə mümkün qədər çox vətəndaşın tanış olmasını təmin etməkdir.

Seçilən
5
publika.az

1Mənbələr