AZ

RUSİYADA MƏTBƏX SÖHBƏTLƏRİ...

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

İbrahim Nəbioğlu

İndiki Rusiya cəmiyyəti mənə Sovet İttifaqını xatırladır – Qeyri-müəyyənlik, sabaha inamsızlıq, pıçıltı ilə danışmaq, qapı döyüləndə səksənib yerindən hoppanmaq…

İndiki Moskva isə Sovetin süqutunun son illərini xatırladır – Səksəkə ilə yaşayan xalqın içini tökəcəyi, fikir mübadiləsi edəcəyi yeganə yer evlərin mətbəxləridir. O dövrdə yaxın dost-aşnalar hər dəfə birinin evində toplanır, həm inandıqları insanlarla vaxt keçirir, söhbət edir, həm də ölkədəki vəziyyəti analiz edib, dərdləşirdilər…

Aspirant dostumdan eşitdiyim son “Mətbəx söhbətləri”:

1. Ruslar təxmin edirlər ki, “Telegram”dan sonra İnternet ümumiyyətlə kəsiləcək və buna ciddi-ciddi inanırlar. Biri qalxıb deyəndə ki, bu addım sosial şəbəkələrin məhvi deməkdir, digərləri bu sözə önəm vermirlər. “Belə absurd qərarın bütün yeni texnologiyaları basdıracağını” söyləyənin isə sözünü ağzında qoyurlar. Mətbəxdəki çoxluq düşünür ki, Putin üçün iqtidarını qorumaq hər şeydən daha vacibdir.

2. “Mətbəx söhbətlərində” kimsə Rusiya iqtisadiyyatının ayaqda qalacağına inanmır. Əksəriyyət xalqın etiraz dalğasının qarşısını almaq üçün bütün kommunikasiya xətlərinin kəsiləcəyini düşünür. Bacaranlar əlində-ovucunda olanları satıb ölkədən qaçmağı düşünür.

3. Çoxluq Rusiyanın hansısa yeni “narıncı texnologiyalar” tərəfindən hücuma məruz qalacağına inanır:“Xaricdən qızışdırılan xalq üsyanları, hansısa rüşvətxor bir generalın komandiri olduğu diviziyanı ağzını Priqojin kimi cəbhədən Moskvaya döndərəcək. hərəkət edəcək”.

“Diviziyanı Moskvaya sürəcək xalq nəzdində populyar kim var?” sualına çox ağır və acı cavab eşidirsən: “Hər şeyi pul həll edəcək”.

4. Əsil adı Andarbek Dudayev olan Yuri Surkovun Rusiyadan qaçdığı haqda söylənənlər mətbəxin əsas mövzusudur. Zarafatdırmı, Ukrayna müharibəsinə qədər Kremlin Boz Kardinalı, Putinin sağ əli, “Suveren Demokratiya” (Rusiyanın Qərb standartlarına deyil, öz daxili qaydalarına görə idarə olunması, yəni avtoritarizmin "demokratiya" adı altında qablaşdırılması) ideyasının müəllifi Surkov da həbs olunacağını anlayan kimi dabanına tüpürüb qaçıb. Kreml mediası xəbəri təkzib etsə də Mətbəx Ukrayna avantürasının fikir babalarından biri, rejimin Gebbelsi sayılan adamın ölkədən qaçdığına əmindir.

5. Mətbəx əhli” dörd il əvvəl – 2022-də genişmiqyaslı Ukrayna işğalı başlayanda Surkova ünvanlanan ittihamları yenidən gündəmə gətiriblər. İttihamlar əsasən bunlardır: -Təbliğat Pullarının mənimsənməsi İddialara görə, illər ərzində Ukraynada "beşinci kolon" yaratmaq və Rusiyayönümlü şəbəkəni gücləndirmək üçün ayrılan milyardlarla rubl (bəzi mənbələrə görə 5 milyard dollar) şəxsi hesablara keçirilib;

–Yanlış kəşfiyyat. Surkovun Ukrayna cəmiyyətinin guya "rus ordusunu çiçəklərlə qarşılayacağı" barədə Putinə yalan məlumatlar ötürməsi və bu pulların təbliğat əvəzinə bir neçə adama getməsi.

Şəxsən mən son “Mətbəx söhbətlərindən” anladım ki, “Rusyetdə” vəziyyət “slişkom qırmızıdır”…

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
azpolitika.info

1Mənbələr