Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Astara rayonunda 15 yaşlı qızın hamilə qalması ilə bağlı başlayan araşdırma gözlənilməz nəticə ilə bitib. Rayon kəndlərindən birində yaşayan F.Zamanova xəstəxanaya müraciət edərkən onun hamilə olduğu üzə çıxıb. Martın 7-də dünyaya gələn körpə hadisənin üstünün açılmasına səbəb olub.Demokrat.az-ın məlumatına görə İstintaq materiallarına əsasən həmin şəxsin qonşuluqda yaşayan 2002-ci il təvəllüdlü Əli Hətəmovla münasibəti olub. Sonradan tərəflər ailə qurublar. Faktla bağlı Astara Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə cinayət işi başlanıb.Məhkəmə prosesi martın 10-da yekunlaşıb. Astara Rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilən Əli Hətəmovun cəzası 1 il sınaq müddəti tətbiq edilməklə şərti hesab olunub.(qafqazinfo)Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.