AZ

İmtahandan zəif yazanlara ŞAD XƏBƏR

Turkstan.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanlı pedaqoq, tanınmış riyaziyyat müəllimi Zemfira Həzərəliyeva imtahanda zəif nəticə toplamış şagirdlərə müraciət edib.

Turkustan.az xəbər verir ki, o deyib:

"Attestat imtahanından zəif nəticə toplamısınızsa, qəti narahat olmayın. İki ay sonra qəbul imtahanında itirilmiş nəticəni sizə geri qazandırmaq mümkündür..."

Müəllimin sözlərinə görə, burada qeyri-adi heç nə yoxdur:

"Düzgün metodla qısa vaxtda yüksək nəticə əldə etmək mümkündür. Qəbul imtahanında yüksək nəticə toplamaq düşündüyünüz kimi 2-3 il repetitor yanına getməyi tələb etmir. İnsan beyni Tanrı tərəfindən elə yaradılıb ki, məlumatların yadda saxlanılması illərlə deyil, öyrənmə metoduna əsaslanır. Məhz düzgün metod şagirdlərin nəticəsini yüksəldə bilər. Bunun üçün buradayam..."

Qeyd edək ki, Zemfira Həzərəliyeva Qusar rayonunda ziyalı ailəsində dünyaya göz açıb. Ailəsindən aldığımız məlumata görə, onun uşaqlıqdan rəqəmlərə və arifmetika elminə xüsusi marağı olub. Bununla yanaşı, bir sıra məntiq və riyaziyyat olimpiadalarında öz rayonunu layiqincə təmsil edib. Atasının sözlərinə görə, qızının bu bacarığı xüsusi bir istedaddır. /sonxeber/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
2
icma.az

3Mənbələr