AZ

O, qəhrəmanlıq obrazıdır -VAQİF ABDULLAYEV YAZIR



ABŞ-nin milli təhlükəsizlik üzrə aparıcı eksperti Ceyms Cey Karafano dünyanın ən nüfuzlu 15 liderini açıqlayıb. Onların sırasında Prezident İlham Əliyev də yer alır.
Azərbaycan Prezidentinə belə yüksək dəyər verməsi heç də təsadüfi deyil, Onun milli və qlobal səviyyədə sərgilədiyi məqsədyönlü fəaliyyəti, proseslərə unikal baxış tərzi və ədalətli mühakiməsi və sülh təşəbüskarlığı xüsusi liderlik keyfiyyətlərinin göstəricisi kimi diqqəti cəlb edir.

Dünyanın bir nömrəli dövlətinin rəhbəri Donald Tramp İlham Əliyevi “Çox güclü lider” kimi səciyyələndirib və s.

Tarixi dialektika təsdiqləyir ki, güclü Lider və şəxsiyyətlərin yüksək nüfuz qazanmasında Xalq-Dövlət amili mühüm yer turur. Yenilməz güc olan Xalqın dəstəyi və etimadı çoxəsrlik Azərbaycan tarixinin milli istinad qaynağı kimi qəbul edilir.
Azərbaycanl xalqının milli salnaməsində, dövlətçilik irsində adını Qəhrəman kimi tarixə həkk etdirən şəxsiyyətlərin sırasında Əliyevlər siyasi nəslinin xüsusi yeri və statusu vardır.

Ulu öndər Heydər Əliyev SSRİ kimi nəhəng dövlətin tarixində əvəzolunmaz xidmətlərinə görə, 2 dəfə ən ali adla – Qəhrəman adı ilə dəyərləndirilib.

Müstəqil Azərbaycanın dövlətçilik salnaməsində Heydər Əliyev Xilaskar Qəhrəman kimi əbədilik qazanıb.

Cənab İlham Əliyev isə 200 illik erməni iddiası və torpaq işğalına əbədi son qoyaraq Azərbaycanın milli-coğrafi bütövlüyünü təmin etməklə Fateh-Qəhrəman adını qazanıb.
O, 23 ildir ki, Azərbaycan Dövlətinin Lideri kimi əsas amalı olan Xalqa xidmət edir, tükənməz enerjisini Xalqdan alaraq Xalqın xidmətçisi funksiyasını yerinə yetirir.
İlham Əliyev Xalqın Qəhrəmanlıq Obrazıdır.

Azərbaycan xalqının milli tarixində satqınlar və dövlətə xəyanət edənlər də az olmayıb. Təəssüf ki, bu da bizim tariximizdən silinməyən qara ləkədir.

Bu gün də əsil azərbaycanlı, başqa xalqların nümayənsədi olmayan və öz millətimizə məxsus bəzi xainlər xaricdə oturub Cənab Prezident haqqında hədyanlar yazırlar.
Acı kədər doğuran hal da bu cür ünsürlərin yalnız bizim millətimizə aid olmasıdır. Başqa ölkələrdə belə utancverici hallar yoxdur. Məsələn, Fransadan kənarda hansısa bloqerin Makron haqqında iftira yazdığını görmürük, yaxud Paşinyan haqqında ölkə xaricindəki ermənilərin çirkin kampaniyası gözə dəymir. Ancaq bizim milli satqınların timsalında belə hallara rast gəlmək olur.

Hətta Ermənistan və Gürcüstanda keçirilən sorğular da göstərir ki, onlar İlham Əliyevin siyasətini dəstəkləyir, başqa ölkələrin və xalqların nümayəndələri Azərbaycan Prezidentinə dərin etimad göstərir, Onunla fəxr edilməli olduğunu bildirirlər.
Çünki İlham Əliyev dürüst və vicdanlı, ədalətli, sülhpərvər və insanların qardaşlıq şəraitində yaşaması üçün çalışan Liderdir, regionda və dünyada sülhün təminatçısıdır. Səbəbsiz yerə deyil ki, bir müddət əvvəl Cənab İlham Əliyev bölgədə sülhyaratma, insanların rifahı və qlobal sabitlik uğrunda misilsiz xidmətlərinə görə, “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb.

Bir neçə gün əvvəl Bakıda keçirilən ilə Bakıda keçirilən XIII Qlobal Bakı Forumunda çıxış edən Azərbaycan Prezidentinin dünyaya verdiyi mesajlar bir daha Onun dünyamiqyaslı nadir lider olduğunu təsdiqlədi.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Seçilən
15
3
newscenter.az

4Mənbələr