AZ

Hərbi əməliyyatda iştirak etməyəcəyik! Almaniya

Axar.az saytına istinadən ain.az xəbər verir.

Almaniya Hörmüz boğazında ticarət gəmilərinin qorunması üzrə mümkün beynəlxalq missiyada iştirak etmək niyyətində deyil.

Axar.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful bildirib.

"Biz tezliklə bu münaqişənin fəal iştirakçısı olacağıqmı? Xeyr", - XİN rəhbəri Qırmızı dənizdəki "Aspides" hərbi dəniz əməliyyatının Hörmüz boğazına qədər genişləndirilməsi ehtimalı haqqında sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, Hörmüz boğazında təhlükəsizliyi yalnız İranla danışıqlar yolu ilə təmin etmək mümkün olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
2
axar.az

3Mənbələr