"İnter Mayami"nin ulduzları Lionel Messi və Rodriqo De Paul DÇ-2026-ya həsr olunacaq klipin çəkilişlərində iştirak edə bilərlər.
Publika.az xəbər verir ki, bu barədə Argentinafa fəaliyyət göstərən "Los Palmeras" qrupunun lideri Kaço Deykas məlumat verib.
Onun sözlərinə görə, yeni mahnı 2026-cı il dünya çempionatı öncəsi ölkədəki ab-havaya həsr olunacaq. Klipdə həmçinin müğənni, De Paulun sevgilisi Tini Stoessel də yer alacaq.
Çəkilişlərin hazırda “İnter Mayami”də çıxış edən futbolçuların yaşadığı Mayamidə aparılması planlaşdırılır.