AZ

Aİ-nin enerji nazirləri neft-qaz qiymətlərinin kəskin artımına qarşı tədbirləri müzakirə edəcəklər

Berlin, 16 mart, AZƏRTAC

Bu gün Avropa İttifaqına (Aİ) üzv ölkələrin enerji nazirləri bazarları sarsıdan və neft-qaz qiymətlərinin kəskin artımına səbəb olan İran müharibəsinin təsirini azaltmaq yollarını müzakirə etmək görüşəcəklər.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Aİ rəsmiləri enerji qiymətlərindəki sıçrayışın nəticələrini yumşaltmaq məqsədilə fövqəladə tədbirlər planı hazırlayırlar.

Agentliyin xəbərinə görə, Avropa Komissiyası istehlakçıları artan enerji ödənişlərindən qorumaq üçün təcili tədbirlər paketi üzərində işləyir.

Bu çərçivədə sənaye müəssisələrinə dövlət dəstəyi, yerli vergilərin azaldılması, eləcə də Aİ-nin karbon bazarının yaxın vaxtda planlaşdırılan yenilənməsi vasitəsilə CO₂ emissiyası ilə bağlı icazə təkliflərinin artırılması variantları nəzərdən keçirilir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
11
1
azertag.az

2Mənbələr