"Barselona" klubunun yarımmüdafiəçisi Qavi “Sevilya” ilə keçirilən oyundan sonra meydana qayıdışı barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, yarımmüdafiəçi qayıdışın onun üçün asan olmadığını bildirib:
“Bu dəfə əvvəlkindən daha çətin oldu. Bərpa prosesi ağrılı keçdi. “Kamp Nou”nun atmosferini və azarkeşlərin dəstəyini yenidən hiss etdiyim üçün çox sevinirəm. Hisslərimi sözlə ifadə etmək çətindir. Mən çox xoşbəxtəm”, – deyə o bildirib.
Futbolçu qarşılaşmaya ehtiyat oyunçular skamyasından qoşulub. Görüşdə “Barselona” rəqibini 5:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu qarşılaşma Qavinin ötən ilin avqust ayından sonra ilk oyunu olub.
İspaniya çempionatının 28 turundan sonra “Barselona” 70 xalla turnir cədvəlinin lideridir.