AZ

KİV: İran İsrailə hücumlar zamanı kasetli bombalardan istifadə edib - YENİLƏNİB

İranın İsrailin mərkəzindəki şəhərlərdən birinə növbəti raket zərbəsi nəticəsində ev zədələnib.

"Far.Az" xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Xilasetmə xidmətlərinin məlumatına görə, İsrailin mərkəzi hissəsində bir neçə yerə bomba düşüb, xəsarət alan yoxdur. Zərbələr zamanı kasetli bombalardan istifadə edildiyi ehtimal olunur.

İsraildə İrandan raket atışları qeydə alınıb.

"Far.Az" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun açıqlamasında bildirilib.

"Bir müddət əvvəl İsrail Ordusunun qüvvələri İrandan ölkə ərazisi istiqamətində raketlərin buraxılışını qeydə alıb. Hava hücumundan müdafiə sistemləri təhlükənin qarşısının alınması üzərində işləyir", - məlumatda qeyd olunub.

Seçilən
11
3
far.az

4Mənbələr