AZ

Səudiyyə Ərəbistanında 64 PUA zərərsizləşdirilib

Qahirə, 16 mart, AZƏRTAC

Səudiyyə Ərəbistanı Krallığının hava hücumundan müdafiə sistemləri səhər saatlarında Ər-Riyad və Şarqiyyə regionlarını hədəf alan 15 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin sözçüsü general Türki əl-Maliki deyib.

Qeyd olunub ki, hava hücumundan müdafiə sistemləri gecə saatlarında bəri ümumilikdə 64 PUA-nı zərərsizləşdirib. PUA-ların əksəriyyəti Şarqiyyə regionu üzərində vurulub. Sözçünün sözlərinə görə, təkcə 2 saat ərzində adıçəkilən regionu hədəfə alan 34 PUA məhv edilib.

İrandan ölkənin müxtəlif regionlarına atılan raket və PUA-ları zərərsizləşdirmə əməliyyatları genişləndirilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Seçilən
44
5
azertag.az

6Mənbələr