Modern.az saytına istinadən ain.az xəbər verir.
2026-cı ilin əvvəlinə Azərbaycanda dövlət tərəfindən verilən aylıq sosial müavinət alanların sayı 471 min 796 nəfər təşkil edib.
Modern.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci illə müqayisədə 4,1 faiz artıb.
Statistikaya əsasən, sosial müavinət alanlar arasında ən böyük pay əlilliyə görə müavinət alanlara məxsusdur. Bu kateqoriya üzrə 226 min 855 nəfər qeydiyyatdadır. Yaşa görə müavinət alanların sayı isə 166 min 727 nəfər olub və bu göstərici ötən illə müqayisədə 6,7 faiz artım deməkdir.
Məlumata görə, 18 yaşadək əlilliyi olan uşaqlara görə müavinət alanların sayı 43 min 270 nəfər təşkil edib. Ailə başçısını itirməyə görə müavinət alanların sayı isə 55 min 190 nəfər olub.
Eyni zamanda, əmək xəsarəti və peşə xəstəliyi nəticəsində zərərçəkənlərə aylıq kompensasiya alanların sayı 280 nəfərdir. Bəzi kateqoriya şəxslərin uşaqları üzrə müavinət alanların sayı 5 min 329 nəfər, müddətli həqiqi hərbi qulluqçuların uşaqları üzrə müavinət alanların sayı isə 657 nəfərdir.
Bundan əlavə, 1 yaşınadək uşağı olan ailələrdə uşaqların sayı 2 min 794 nəfər, beşdən çox uşağı olan qadınların uşaqları 13 min 167 nəfər təşkil edir. Valideyn himayəsindən məhrum uşaqların qəyyumları və himayəçilərinin sayı 169 nəfər, övladlığa götürülən uşaqlara görə müavinət alanların sayı isə 42 nəfərdir. Digər kateqoriyalar üzrə müavinət alanların sayı 586 nəfər olub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.