AZ

İradə Rizazadə: İcbari tibbi sığortanın DSMF-nin nəzdində idarə olunması vətəndaşların rifahını artıracaq

Azərbaycanda icbari tibbi sığorta sisteminin idarəetmə modelində dəyişikliklər müzakirə olunur. Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib ki, icbari tibbi sığorta sisteminin Dövlət Sosial Müdafiə Fondu tərəfindən idarə olunması vətəndaşlara təqdim olunan sosial xidmətlərin keyfiyyətini yüksəltmək və şəffaflığı artırmaq baxımından əhəmiyyətli addımdır.

İ.Rizazadə qeyd edib ki, hazırda sistemdə müəyyən xidmətlər mövcuddur, lakin yeni idarəetmə modeli daha geniş imkanlar yaradacaq və vətəndaşların sosial rifahını gücləndirəcək. O vurğulayıb ki, ictimai şura üzvü olaraq vətəndaşların müraciətlərini dinləyir və TƏBİB, İcbari Tibbi Sığorta və səhiyyə sistemi ilə birgə müzakirələrin aparılması və təkliflərin verilməsini təklif  edir lakin buna hələ də nail ola bilmirlər

O bildirib ki, sistemin DSMF-nin nəzdində idarə olunması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Səhiyyə Nazirliyinin koordinasiyasını daha effektiv quracaq, şəffaflığı artıracaq və vətəndaşların sosial təminat və tibbi xidmətlərə çıxışını daha da yaxşılaşdıracaq.

O əlavə edib ki, yeni idarəetmə modeli vətəndaşların məmnuniyyətini artıracaq, sosial xidmətlərin çeşidini genişləndirəcək və xidmət paketlərinin daha əlçatan olmasına şərait yaradacaq.

Zəhra Ağayeva

Seçilən
14
qht.az

1Mənbələr