“İnter” müdafiəçisi Denzel Dumfrislə müqaviləni uzatmağa hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, Milan təmsilçisi niderlandlı futbolçu ilə sözləşməni daha bir il artırmaq niyyətindədir. Hazırkı müqavilə 2028-ci ilin yayına qədər qüvvədədir.
Yeni anlaşma imzalanacağı halda, Dumfrisin maaşı da artırılacaq.
29 yaşlı futbolçu 2021-ci ildən “İnter”də çıxış edir. O, bu mövsüm 19 oyunda meydana çıxıb və 3 məhsuldar ötürmə edib.