ABŞ Prezidenti Donald Tramp media qurumlarını İrandakı müharibə ilə bağlı yanlış məlumat verməkdə ittiham edib.
Turkustan.az xəbər verir ki, bu barədə o, təyyarədə jurnalistlərə açıqlamasında danışıb.
“İranda 250.000 insanın Müctəba Xameneiyə dəstək mitinqi Süni İntellektlə generasiya olunub. Bunlar feykdir. Belə mitinqlər heç vaxt olmayıb. Ümumiyyətlə, süni intellekt çox təhlükəli ola bilər, biz diqqətli olmalıyıq”, – deyə Tramp bildirib.
Ağ Ev rəhbəri görüntüləri görən zaman təəccübləndiyini deyib:
“İnsanlar hazırkı rəhbərlərə nifrət edirlər, çünki onlar ölkəni məhv ediblər. Dediyim kimi, bunlar feyk xəbərlərdir”.
ABŞ lideri İranda məktəbə hücumla bağlı sualı belə cavablandırıb: “Biz bilmirik. Bu, hələ araşdırma mərhələsindədir”.