AZ

İsraildə yaralıların sayı açıqlandı

İranla müharibə nəticəsində son 24 saat ərzində İsrail xəstəxanalarına 142 nəfər çatdırılıb.Metbuat.az İsrail KİV-nə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, fevralın 28-dən xəstəxanalara 3 369 nəfər yerləşdirilib, onlardan 81-i hazırda müalicə olunur.Onlarda bir nəfərin vəziyyəti kritik, yeddi nəfərin vəziyyəti ağır, 14 nəfərin vəziyyəti orta ağır, 59 nəfərin vəziyyəti isə qənaətbəxşdir.

Qeyd edək ki, nazirliyin statistikasına həm mülki şəxslər, həm də hərbçilər daxildir.

Seçilən
12
metbuat.az

1Mənbələr