AZ

Hörmüz boğazındakı gərginlik beynəlxalq ticarət yollarına zərbə vurub

Hörmüz boğazında artan gərginlik beynəlxalq ticarət yollarına və enerji təchizatına təsir göstərib. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bazar ertəsi keçirdiyi brifinqdə bildirib.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, boğaz və ətraf sularda yaranmış vəziyyət mal və enerji daşımaları üçün əsas marşrutlara təsir edərək regionda və dünyada sabitliyi sarsıdır. Lin Jian bütün tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa, gərginliyin daha da artmasının qarşısını almağa və regional qeyri-sabitliyin qlobal iqtisadiyyata mənfi təsirinin qarşısını almağa çağırıb.

Qeyd edək ki, İran ətrafında münaqişə dərinləşdikcə, Fars körfəzindən qlobal bazara neft və mayeləşdirilmiş təbii qazın əsas marşrutu sayılan Hörmüz boğazında gəmiçilik ciddi şəkildə məhdudlaşıb. Artan təhlükəsizlik riskləri səbəbindən sığorta şirkətləri də sığorta haqlarını artırmağa başlayıblar.

 

R.İmanov

Seçilən
25
qht.az

1Mənbələr