“Qarabağ”ın legioneri Daniel Lima de Kastro (Dani Bolt) Braziliyanın nüfizlu "Ge" nəşrinə müsahibə verib.
Müsahibənin müəllifi Por Isabela Reis qeyd edir ki, 26 yaşlı müdafiəçi “Fluminense” akademiyasının yetirməsidir və “Bolt” ləqəbi də məhz orada yaranıb.
Bu ad onun sürətinə görə olimpiya çempionu sprinter Usein Bolta ithaf kimi verilib və gənclik illərindən onu müşayiət edir.
Azərbaycana gəldikdə isə ləqəb klubun təqdimatında xüsusi diqqət çəkib və maraq doğurub.
Sportinfo.az xəbər verir ki, Dani bununla bağlı danışıb.
“Bolt” ləqəbi burada mövzu oldu, bir çox insan mənə bu barədə sual verdi.
Konteksti izah etdim, bunun sürətimlə bağlı olduğunu dedim, hətta onlar üçün tərcümə də etdim.
Amma mənim üçün fərqi yoxdur, istəsələr sadəcə Daniel, istəsələr də Bolt deyə bilərlər" deyə o, zarafatla bildirib.