AZ

İran XİN: “Biz aylar öncə region ölkələrinə xəbərdarlıq etmişdik” – VİDEO

“Tehran region ölkələrində yerləşən ABŞ hərbi bazalarını hədəf alacağını öncədən xəbərdar etmişdi”.

Bizim.Media xəbər verir ki, bu fikirləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib.

Bəqayinin sözlərinə görə, İran aylar əvvəl region ölkələrinə müraciət edərək onların ərazilərinin İrana qarşı hücumlar üçün istifadə edilməsinə imkan verməmələrini xahiş edib.

O, qeyd edib ki, son 16–17 gün ərzində ABŞ-nin region ölkələrində yerləşən hərbi bazaları, obyektləri və digər hərbi infrastrukturu İrana qarşı əməliyyatların planlaşdırılması və həyata keçirilməsi üçün istifadə olunub.

Bəqayi əlavə edib ki, İranın region ölkələri ilə düşmənçiliyi yoxdur və Tehran qonşu dövlətlərlə münasibətlərin gərginləşməsini istəmir.
 

Onun sözlərinə görə, İranın hədəf aldığı obyektlər yalnız ABŞ-yə məxsus hərbi bazalar və infrastrukturdur və bu addımlar region ölkələrinin suverenliyi və ərazi bütövlüyünün pozulması kimi dəyərləndirilməməlidir. 


Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.


Bizim.Media

Seçilən
43
50
bizim.media

10Mənbələr