AZ

Kreml Möctəba Xameneinin Moskvada müalicə alması xəbərlərinə münasibət bildirməyib

Kreml İranın yeni Ali Rəhbəri Möctəba Xameneinin müalicə üçün gizli şəkildə Moskvaya aparıldığı barədə xəbərlərə münasibət bildirməkdən imtina edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov İranın yeni Ali Rəhbəri Möctəba Xameneinin yaralandıqdan sonra xüsusi reyslə Moskvaya gətirilməsi barədə yayılan xəbərlərə münasibət bildirməyib.

"Biz bu cür xəbərlərə şərh vermirik", - Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, Küveyt mediası Möctəba Xameneinin Moskvada Prezident administrasiyasının xəstəxanalarının birində müalicə alması barədə məlumat yayıb.

Seçilən
22
4
apa.az

10Mənbələr