AZ

Gülüstan şəhərində Novruz bayramına həsr olunmuş bayram konserti keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Sırdərya vilayəti hakimiyyətinin birgə təşkilatçılığı ilə Gülüstan şəhərində Novruz bayramına həsr olunmuş bayram konserti keçirilib. Tədbir Gülüstan şəhərində yerləşən Musiqili Dram Teatrında təşkil olunub.Konsertdə Sırdərya vilayətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, tələbələr, jurnalistlər, eləcə də Özbəkistanda yaşayan azərbaycanlı soydaşlarımız iştirak ediblər.Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Novruz bayramının türk dünyasının ortaq mədəni irsi və mənəvi dəyəri olduğunu qeyd edib. O bildirib ki, bu qədim bayram təkcə baharın gəlişini deyil, həm də birlik, həmrəylik və dostluq ideyalarını təcəssüm etdirir. Direktor vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən siyasət nəticəsində iki ölkə arasında mədəni-humanitar əməkdaşlıq dinamik şəkildə inkişaf edir və bu cür tədbirlər xalqlar arasında qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət edir.Sırdərya vilayətinin hakim müavini Şoxrux İsakulov Novruz bayramının türk xalqlarının ortaq mənəvi dəyərlərini, qədim ənənələrini və birlik ruhunu əks etdirən mühüm bayramlardan biri olduğunu qeyd edib. O bildirib ki, Novruz əsrlər boyu xalqları bir araya gətirən, dostluq və qarşılıqlı hörmət dəyərlərini möhkəmləndirən bayram kimi böyük əhəmiyyət daşıyır. Hakim müavini bu cür mədəni tədbirlərin Azərbaycan və Özbəkistan arasında mövcud olan dostluq münasibətlərinin daha da inkişafına töhfə verdiyini vurğulayıb.Konsert proqramında Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, azərbaycanlı müğənni Fəxri Kazım-Nicat, eləcə də Özbəkistanın tanınmış ifaçıları və musiqi kollektivləri çıxış ediblər.

Bununla yanaşı, Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarı bülbül” teatr truppası Azərbaycan teatr klassikasından səhnə parçaları təqdim edib.Teatr kollektivinin ifasında Üzeyir Hacıbəylinin məşhur əsərləri “Arşın mal alan” və “O olmasın bu olsun” tamaşalarından səhnələr nümayiş etdirilib.

Konsert proqramı çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Qarabağ Zəfəri” rəqs ansamblı Azərbaycan xalq rəqsləri əsasında hazırlanmış xoreoqrafik kompozisiyalar təqdim edərək tamaşaçılara milli rəqs sənətinin gözəlliyini nümayiş etdirib.Rəngarəng musiqi və səhnə nömrələri ilə zəngin olan bayram konserti Novruzun sevinc və birlik ruhunu əks etdirərək tamaşaçılarda xoş təəssürat yaradıb.  

Seçilən
28
2
missiya.az

3Mənbələr