AZ

“Keçidlərin bağlanması uşaqlarımı öldürdü”

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Misirlə Fələstin arasında yerləşən Rəfah keçid məntəqəsinin bağlanması minlərlə Qəzza sakininin xaricdə müalicə imkanını əlindən alıb.

Yeniavaz.com “Al Jazeera”yə istinadən xəbər verir ki, belə xəstələrdən biri Alma adlı 4 aylıq qızdır.

Alma ağciyər kistasından əziyyət çəkir və oksigen cihazı olmadan nəfəs ala bilmir. O, İordaniyada əməliyyat olunmalıdır. Lakin martın 1-də keçid bağlandığı üçün səfəri baş tutmayıb.

Qeyd edək ki, Qəzzanın xarici dünyaya çıxışı olan Rəfah keçid məntəqəsi İsrailin 2023-cü ilin oktyabrında başlatdığı müharibəyə görəuzun müddət bağlı qalıb. Fevralın 1-də İsrail və HƏMAS arasında atəşkəsdən sonra keçid məhdud şəkildə açılıb, amma yalnız bir neçə xəstə gedə bilib. Fevralın 28-də isə keçid yenidən bağlanıb.

Eyni vəziyyəti iki övladı nadir genetik xəstəlikdən əziyyət çəkən Hadel Zorob da yaşayıb. Keçidin bağlanması səbəbindən onlar xaricdə müalicə ala bilməyib və həyatlarını itiriblər.

“Keçidlərin bağlanması uşaqlarımı öldürdü”, – deyə Zorob bildirib.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 20 mindən çox xəstə və yaralı xaricdə tibbi yardım üçün gözləyir. Onların arasında 4 min xərçəng xəstəsi və 4 min 500 uşaq var. Siyahıda həmçinin təcili yardım tələb edən 440 xəstə və uzunmüddətli müalicəyə ehtiyacı olan 6 min yaralı da var.

Damir İnsan Hüquqları Assosiasiyası keçidin bağlanmasını kollektiv cəza kimi qiymətləndirib və bunun xəstələrin ölüm riskini artırdığını bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
1
yeniavaz.com

2Mənbələr