AZ

Müctəba Xamenei gizlicə Moskvaya aparılıb?

İranın yeni ali lideri Müctəba Xameneinin gizli şəkildə Moskvaya aparılması və səhhəti ilə bağlı yayılan xəbərlər gündəmi zəbt edib.

Publika.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Müctəba Xameneinin müalicə üçün Moskvaya gətirilməsi barədə iddialara münasibət bildirib.

Jurnalistlərin suallarını cavablandıran Peskov məlumatı nə təsdiq, nə də təkzib edib: "Bilirsiz, biz bu cür xəbərlərə şərh vermirik".

Xatırladaq ki, mediada İranın yeni Ali Lideri Müctəba Xameneinin ABŞ-İsrail hücumu zamanı ağır yaralandığı barədə məlumatlar yayılıb. Bu məlumatın İran hökuməti tərəfindən rəsmi təsdiqlənməsi hələlik yoxdur.

Seçilən
14
2
publika.az

10Mənbələr