AZ

Cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri başa çatıb

Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri başa çatıb. 

“İki sahil” xəbər verir ki, son yarış günündə milli komandamızın daha 2 üzvü fəxri kürsüdə yer alıb. +100 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medala layiq görülüb. -100 kq çəkidə çıxış edən Elmar Qasımov isə bürünc mükafata sahib çıxıb. 

Xatırladaq ki, ötən gün Tofiq Məmmədov (-66 kq) üçüncü yeri tutmuşdu.

Seçilən
4
2
ikisahil.az

4Mənbələr