AZ

Şəhərdə piyada üçün yaradılan şəraitə etiraz edənlər sürücülərdir EKSPERT

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şəhər mühitində piyadaların hərəkəti və onlara yaradılan şəraitlə bağlı məsələ yenidən müzakirə mövzusu olub.

Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, illərlə avtomobillərin üstünlük təşkil etdiyi şəhərlərdə piyadalar üçün yaradılan şəraitə ilk etiraz edənlər çox vaxt elə avtomobil sürücüləri olur.

Ekspert qeyd edib ki, bu yanaşmanı əks etdirən fikirlərdən biri də belədir: “Yolu keçən hər bir adama görə maşının saxlanılması yolverilməzdir və elə bilirəm ki, 8–10 nəfər insan yol kənarında toplaşdıqdan sonra belə keçidə icazə verilməlidir”.

Rauf Ağamirzəyev bildirib ki, bu cür yanaşmalar müasir şəhərsalma prinsipləri ilə uyğun gəlmir. Onun sözlərinə görə, müasir şəhərlərdə prioritet məhz piyada hərəkətidir və şəhər infrastrukturu da buna uyğun şəkildə qurulur. Bu çərçivədə davamlı və baryersiz səkilər, tez-tez yerləşdirilən zebra və svetoforlu piyada keçidləri insanların qısa məsafələri piyada qət etməsini asanlaşdırır və nəticədə şəhərdə nəqliyyat yükü azalır.

Ekspert əlavə edib ki, texniki baxımdan piyada keçidlərində svetofor fazasının müddəti keçidin uzunluğuna uyğun hesablanır və adətən hərəkət sürəti 1,3 metr-saniyə götürülərək əlavə təhlükəsizlik vaxtı nəzərə alınır. Məqsəd piyadaların gözləməsini deyil, onların təhlükəsiz şəkildə yolu keçməsini təmin etməkdir.

Rauf Ağamirzəyev vurğulayıb ki, iki müharibə yaşamış və əhalisinin təxminən 38 faizinin az mobilli qruplara – əlillər, yaşlı insanlar, uşaq arabası ilə hərəkət edən valideynlər və digər həssas qruplara aid olduğu bir cəmiyyətdə bu reallıqları nəzərə almayan yanaşmalar doğru deyil. Onun sözlərinə görə, müasir şəhər ilk növbədə ən həssas yol iştirakçılarının rahat və təhlükəsiz hərəkət edə bildiyi şəhər olmalıdır.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
avtosfer.az

1Mənbələr