AZ

Rui Jorje: “Azərbaycan və Portuqaliya arasındakı fərqi başa düşürəm”

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rui Jorjenin təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib.

Apasport.az saytının konfransda iştirak edən əməkdaşı xəbər verir ki, Rui Jorje hər şeydən öncə burda olmağın qürurverici olduğunu bildirib.

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

"Ümid edirəm ki, qarşıdakı bir il ərzində çox yaxşı təcrübə keçərik. Bu müddət ərzində bərabər olacağıq".

- Fernandu Santuşla əlaqə saxlamısınız? Ondan hansı məlumatlatı almısınız?

- Uğur qazanmaq üçün çalışmaq lazımdır. Uğur idman nəticələrindən asılıdır. Bunu nə mən, nə də başqası qarantiləşdirə bilməz. Bir komandada uğur qazanmaq futbolçuların əzmkarlığından asılıdır. Onlar üzərlərində işləməlidirlər. Bunu bacarsaq, uğur da qazana bilərik. Müqavilə imzalamadan öncə Fernandu Santuşla və köməkçiləri ilə danışmışam. Həm ölkə, həm də insanlar haqqında gözəl sözlər eşitdim. Bura gəldiyim ilk gündən deyilənlərin doğru olduğunu gördüm.

- Bilirsiniz ki, Azərbaycan yığması Portuqaliya millisi deyil. Premyer Liqada legioner limiti ilə bağlı təklifiniz ola bilər?

- Hazırda bununla bağlı danışıq olmayıb. Çempionatla tanışam. Lakin əsas milli barədə nə isə deyə bilmərəm. Bir şeyi bilirəm ki, futbolçuların inkişafında klubların görəcəyi iş çox önəmlidir. Azərbaycan millisi ilə Portuqaliya yığması arasındakı fərqi anlayıram. Onu deyə bilərəm ki, Portuqaliya U-21 yığması ilə uğur qazananda biz dünya reytinqində 19-cu pillədə idik. Lakin son püşkatmada 3-cü yerə yüksəlmişdik. Bu, futbolçuların inkişafından asılıdır. Bizim burada ən böyük məqsədimiz bunu əldə etməkdir.

"Şamaxı"dan 400-cü qələbə

"Qarabağ"da növbəti ayrılıqlar: RUSİYAYA YOL GÖRÜNDÜ

"Neftçi"nin yubileyi Mahmudova təsadüf etdi

Musa Qurbanlı “100”ə çatdı

Samok tarixdə 9-cu oldu

Seçilən
27
apasport.az

1Mənbələr