Metbuat.az bu həftə bəxti daha çox gətirəcək 4 bürcü təqdim edir: QoçQoç bürcü üçün bu həftə enerji və motivasiya ilə dolu olacaq. Uzun müddətdir planlaşdırdıqları bir işi həyata keçirmək üçün əlverişli imkan yarana bilər. İşgüzar həyatda yeni təklif və ya əməkdaşlıq ehtimalı var. Şəxsi münasibətlərdə isə xoş sürprizlər qaçılmazdır. BuğaBuğa bürcünün maddi məsələlərdə bəxti gətirə bilər. Gözlənilməz gəlir və ya uğurlu bir alış-veriş ehtimalı var. Bu həftə ailə üzvləri ilə münasibətlər daha da istiləşəcək. Həm də uzun müddətdir düşündükləri bir qərarı vermək üçün uyğun zaman ola bilər. ŞirŞir bürcü üçün diqqət mərkəzində olmaq həftəsi başlayır. İş və sosial mühitdə onların ideyaları dəyər qazana bilər. Yeni tanışlıqlar gələcək planlara müsbət təsir göstərəcək. Özlərinə inamları sayəsində qarşılarına çıxan imkanları rahatlıqla dəyərləndirəcəklər. Şirlər xoş sürprizlərə hazır olmalıdırlar. Oxatan
Oxatan bürcü üçün bu həftə yeni başlanğıclar və müsbət dəyişikliklər vəd edir. Səfər, yeni layihə və ya təhsil ilə bağlı sevindirici xəbərlər alma ehtimalı var. Uzun müddətdir gecikən işlərin irəliləməsi mümkündür. Həftə boyunca pozitiv enerjiləri ilə ətrafdakı insanları da ruhlandıracaqlar. Əgər belə demək mümkündürsə, bu həftə onların həftəsidir.