AZ

BAHAR NİYƏ KÜSÜB?

C. Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı təmirdən sonra istifadəyə verilmiş yeni binasının qapılarını tamaşaçıların üzünə açır. Bayram günlərində teatr balaca tamaşaçılarını sevindirəcək.


Teatrın mətbuat xidmətindən verilən məlumata görə  martın 18-21 tarixlərində dramaturq Şəbnəm Xeyrullanın “Bahar niyə küsüb?” pyesi əsasında quruluşçu rejissor İlhamə Əhmədova tərəfindən hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.


İnteraktiv bayram oyunu janrında hazırlanmış tamaşa qarşısına həm azyaşlıları əyləndirmək, həm də təbiəti sevməyi, qorumağı öyrətmək məqsədi qoyub. Milli folklor qəhrəmanlarının, türkdilli xalqların nümayəndələrinin, təbiət ünsürlərinin yer aldığı bayram tamaşası həmrəylik, dostluq, təbiətə qayğı ismarışları daşıyır.
Tamaşada İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Əmrulla Nurullayev (Keçəl), Anar Həşimov, Samir Əliyev (Kosa), Cavid Babayev (Dədə Qorqud), Pərvin Dadaşova (Bahar qız), Xədicə Məmmədova, Güney Əliyeva, Ramilə Abasova, Sevinc Hüseynova Bəxtiyar, Müdvər Nemətova, Zəki Fətəliyev iştirak edirlər.
Tamaşanın rəssamı Şəmsiyyə Şükürova, musiqi tərtibatçısı İmaməli İmaməliyevdir.


Biletləri teatrın kassasından əldə etmək mümkündür. Teatrla əlaqə nömrəsi:
010 525 71 36; 012 412 62 31
Mətbuat katibi Y. Zeynalov.
050 310 05 52

Seçilən
13
4
qht.az

6Mənbələr