Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Ruy Jorjenin müqaviləsinin müddəti açıqlanıb.
Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 1,7 il ölkəmizdə fəaliyyət göstərəcək.
Jorje mətbuat konfransında təəssüratlarını bölüşüb: “Uğur qazanmaq oyunçuların istəyindən və əzmkarlığından asılıdır. Bunları bacara bilsək, uğurlara nail ola bilərik. Azərbaycan millisinin sabiq baş məşqçisi Fernandu Santuşla buraya gəlməmişdən əvvəl danışmışdım. Həm ölkə, həm də insanlar haqqında xoş sözlər dedi. Buraya gəldiyim ilk gündən gördüm ki, onun dedikləri ilə üs-üstə düşür”.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Ruy Jorjeyə iki həmyerlisinin kömək edəcəyini deyib. O, bir azərbaycanlı mütəxəssisin də məşqçilər korpusunda yer alacağını bildirib:
Hazırda bu barədə müzakirələr davam etdirilir.
Qeyd edək ki, Rui Jorje məşqçiliyə futbolçu kimi son klubu olan “Belenenseş”də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illərdə həmin klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009-cu illər mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.
2010-cu ildə Portuqaliyanın U-21 yığmasının sükanı arxasına gətirilən Jorge 15 il bu komandanı çalışdırıb.
Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb.