AZ

Bir qrup hakim təlimə cəlb edildi - FOTO

BAKI, 16 mart. TELEQRAF

Hakimlərin davamlı tədrisinin təkmilləşdirilməsi məqsədilə təlimçi hakimlərin müvafiq təlimlərə cəlb edilməsi üçün Məhkəmə-Hüquq Şurası tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir.

Şuradan Teleqraf-a verilən xəbərə görə, bu məqsədlə Ali Məhkəmənin dəstəyi və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə cari ilin10-14 mart tarixlərində Lənkəran rayonunda təlimçi hakimlər mülki hüquq və mülki proses mövzusunda uzunmüddətli təlimə cəlb ediliblər.

Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev və həmin Universitetin professoru Konstantin Branovitskiyin iştirakı ilə keçirilən təlimdə mövzular üzrə fikir mübadiləsi, müxtəlif kazuslar ətrafında müzakirələr aparılıb.

Seçilən
22
teleqraf.com

1Mənbələr