AZ

Kreml Xameneinin Moskvaya səfər etməsi ilə bağlı iddialara münasibət bildirib

Bakı. Trend:

Kreml İranın yeni Ali Rəhbəri Möctəba Xameneinin müalicə üçünMoskvaya iddia olunan gəlişi ilə bağlı xəbərləri şərh etmir.

Trend xəbər verirki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskovbildirib.

“Belə xəbərləri biz heç cür şərh etmirik”, -deyə o bildirib.

Qeyd edək ki, bundan əvvəl Küveytin "Al-Jarida" qəzetiXameneinin guya martın 12-də müalicə almaq üçün Moskvayaaparıldığını yazmışdı. İranın yeni Ali Rəhbərinə yaxınyüksəkvəzifəli mənbə nəşrə bildirib ki, o, İrandan hərbi təyyarəilə çıxarılıb. Mənbənin sözlərinə görə, Xamenei artıq özəlklinikalardan birində əməliyyat edilib.

İranın Ali rəhbəri seçildiyi vaxtdan bəri ictimaiyyət qarşısınaçıxmayıb, İran KİV-ləri isə onun yalnız yazılı və ya qeydə alınmışmüraciətlərini yayımlayıb. ABŞ-nin müdafiə naziri Pit Heqset martın13-də keçirdiyi brifinqdə bildirib ki, Möctəba Xamenei yaralanıb vəböyük ehtimalla onun sağlamlığına ciddi ziyan dəyib.

Məqalədə:
Seçilən
42
2
az.trend.az

3Mənbələr