AZ

Məleykə Abbaszadənin imtahanlarına ETİRAZ edənlər ARTIR…

Dünən – 15 mart tarixində buraxılış imtahanının növbəti məhələsi başa çatdı. İmtahan bu dəfə suallarının həddən artıq uzun və çətinliyi ilə yadda qaldı. Bunu müəllim, valideyn və şagirdlər, həmçinin təhsil ekspertləri də etiraf edirlər.


Tribuna.az xəbər verir ki, təhsil eksperti Ramin Nuralıyev iddia edir ki, bu ilki buraxılış imtahanı son iki ilin buraxılış imtahanı ilə müqayisədə çətin olub:
“Sübutunu sizə nəticələr çıxdıqdan sonra deyəcəm.
2024-cü ildə 300 bal toplayanlar – 55 nəfər
2025-ci ildə 300 bal toplayanlar – 45 nəfər
2026-cı ildə 300 bal toplayanlar – ?
Nəticələr çıxdıqdan sonra Son 3 ilin statistikasını DİM paylaşsın, əgər bu qəbul ili digər iki ildən çətin olmazsa, mən DİM rəhbərliyindən və bunker muəllimlərindən üzr istəyəcəm və heç bir zaman çətinlik iddiası etməyəcəm”.
Təhsil eksperti, sabiq deputat Etibar Əliyev isə bildirib ki, Dövlət İmtahan Mərkəzi rəhbəri ötən açıqlamasında təməl fənlər olan “Riyaziyyat” və “Azərbaycan dili”ndən keçirilən buraxılış imtahanlarında funksioanal savadsızlığın genişlənməsi faktını ortaya qoyub:
“Lakin Məleykə xanım açıq şəkildə etiraf edə bilmir ki, artıq məktəb təhsili yoxdur. Sualların çətinliyinə gəldikdə isə çətinlik dərəcəsini rasional şəkildə məktəb təhsili artırmalıdır. Fənn proqramlarını normal mənimsəyə bilməyən şagird üçün bütün suallar çətin kimi görünür. Böyük alimlər uşaq yaşlarından çətin məsələləri həll etməklə elmin yüksək zirvəsinə qalxa biliblər. Bizim məktəblər uşaqlarda istedad nişanələrini oyatmaqda çox acizdirlər. Fənnini mükəmməl bilməklə yanaşı həm də universal biliklərə malik olan müəllimləri barmaqla saymaq olar”.
Jurnalist Həbibə Abdulla da buraxılış imtahanı suallarının çətinliyindən şikayətlənib:
“Hörmətli Məleykə xanım Abbaszadənin diqqətinə öncə onu çatdırmaq istərdim ki, bir vəzifədə 30 il işləmək heç də düzgün deyil. Su da bir qabda çox qalanda iylənir. İkincisi, şəxsən mən sualların çətin (bəlkə də çətin olmayıb, sadəcə abituriyentlərə tanış olmayan mövzuları əhatə edib) olması haqda heç də sosial şəbəkələrdə yazılanlardan öyrənməmişəm. Ətrafımda onlarla şagird buraxılış imtahanı verib. 6 il liseydə oxuyan, hər gün repetitor hazırlığına gedib-gələn, danışanda zövq aldığım, bilikli-savadlı uşaqlar var ki, heyrət içindədirlər. “Bibi, mövzular o qədər yad idi ki, nə məktəbdə öyrənmişdik, nə hazırlıqda” deyirlər. Biri yox, ikisi yox, bir neçəsi deyir eyni sözü. Orta təhsil hörmətli Məleykə xanım Abbaszadə kimi elmlər namizədi alim yetişdirəcəksə, o zaman ali təhsil müəssisələri nəyə lazımdır???”.
Seçilən
22
yenilik.az

1Mənbələr