AZ

Tulia Akson Ermənistanla sülh prosesində Prezident İlham Əliyevin rolunu yüksək qiymətləndirib

2026-cı ilin mart ayının 1-nə respublika üzrə uçotda olan 1.690.311  vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxs və digər təşkilatlar olub. 

Bu barədə “Cebheinfo.az”-a Dövlət Vergi Xidmətindən məlumat daxil olub.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,7 faiz, hüquqi şəxslərin sayı 6,3 faiz artıb. 

Mart ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı 206.250 təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 6,9 faiz çoxdur. 

2026-cı ilin fevral ayında 1.163 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,1 faizi yerli investisiyalı, 8,9 faizi isə xarici investisiyalıdır. 

Kommersiya qurumlarının 88 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar-fevral aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 97,4 faiz təşkil edib. 

2026-cı ilin mart ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət formasında yaradılıb. 

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə mart ayının 1-nə aktiv kommersiya qurumlarının sayı 7,4 faiz artıb.

Seçilən
24
cebheinfo.az

1Mənbələr