AZ

Haland “Mançester Siti”dən ayrılacaq

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haland klubunu dəyişməyə qərarlıdır.

Msport.az xəbər verir ki, o, artıq 2027-ci ilin yayında getmək niyyəti barədə “Siti” rəhbərliyini məlumatlandırıb.

Ulduz forvard bu yay komandadan ayrılmayacaq. O, daha bir mövsüm İngiltərədə qalacaq. Erlinq Haland üçün əsas namizəd “Real” hesab olunur. Bununla belə, “Barselona”nın da ulduza maraq göstərdiyi deyilir.

“Transfermarkt” 25 yaşlı futbolçunun dəyərini 200 milyon avro qiymətləndirir. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2034-cü ilə qədərdir.

Seçilən
27
2
msport.az

3Mənbələr