AZ

Sankt-Peterburqda azərbaycanlı tələbələrə iftar süfrəsi açılıb

Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Sankt-Peterburq şəhərinin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı tələbələr üçün Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub. Tədbir Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu tərəfindən keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə Sankt-Peterburq Dövlət Universiteti, Rusiya Federasiyası Prezidenti yanında Sankt-Peterburq Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyası, Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universiteti, Sankt-Peterburq İdarəçilik Texnologiyaları və İqtisadiyyat Universiteti, Sankt-Peterburq Politexnik Universiteti və digər ali təhsil müəssisələrinin bakalavr, magistr və aspirantura pillələrində təhsil alan tələbələr iştirak ediblər.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə xeyirxahlıq və mərhəmət duyğularını ehtiva edən, gözəl niyyətlər və savab əməllər naminə müsəlman aləmini birlik, bərabərlik və həmrəylik yoluna dəvət edən mübarək Ramazan ayı münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib və ən xoş arzularını çatdırıb.

Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı tələbələrin diqqətinə çatdırılaraq hər bir cəmiyyətin və dövlətin xoşbəxt gələcəyinin onun yüksək təhsil və ixtisaslara sahib olan gəncləri ilə bilavasitə bağlı olduğu qeyd edilib.

Tədbir zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması uğrunda qəhrəmancasına həlak olan şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib./azertag

Seçilən
37
1
hafta.az

2Mənbələr