AZ

Şəhid Rəşad Taryel oğlu Aslanovun doğum günüdür

Bu gün şəhid Rəşad Taryel oğlu Aslanovun doğum günüdür. O, 1984-cü il martın 16-da Goranboy rayonunda anadan olub.

Kəşfiyyatçı kimi xidmət edən Rəşad Aslanovun son döyüşü Murov zirvəsi uğrunda olub. 29 sentyabr tarixindən ailəsi ondan xəbər tutmayıb və 26 dekabrda onun şəhid olduğu bildirilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında qəhrəmancasına iştirak edən Rəşad Aslanov vəzifə borcunu şərəflə yerinə yetirmişdir. Onun qəhrəmanlığına görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Bu xüsusi gündə şəhidimizin xatirəsi hörmətlə yad edilir, ailəsinə, yaxınlarına və döyüş yoldaşlarına dərin ehtiramımızı bildiririk. Allah rəhmət eləsin!

Seçilən
13
qht.az

1Mənbələr