AZ

Almaniya ABŞ və İsrailə İranla bağlı çağırış edib

ain.az bildirir, Reyting.az portalına istinadən.

Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ və İsraili İrana qarşı hərbi əməliyyat üçün məqsədlərini dəqiq müəyyən etməyə çağırıb.

Reyting.az xəbər verir ki, nazirin sözləri "Der Spiegel" tərəfindən sitat gətirilib.

Y. Vadeful Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündən əvvəl ABŞ və İsrailin İrana qarşı davam edən əməliyyatın məqsədləri barədə daha çox məlumat verməsinin vacib olduğunu bildirib.

"İlk növbədə, ABŞ və İsrailin əməliyyatlarının hərbi məqsədlərinə nə vaxt nail olacaqlarını izah etmələri vacibdir. Bu məsələdə daha çox aydınlığa ehtiyacımız var", - deyə Almaniyanın xarici işlər naziri bildirib.

ELÇİN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
reyting.az

1Mənbələr