AZ

“İsrail Əl-Əqsanı yerlə yeksan edəcək” - iddia və izah...



Ceyhun Məmmədov: “Bu kimi hadisələr dinlər arasında müharibəni və qarşıdurmanı da tətikləyə bilər”

İsrail Qüdsdə yerləşən Əl-Əqsa məscidinin bağlanması ilə bağlı qərar qəbul edib. Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu “Məsihin gəlişi”ndən misal çəkməsi müsəlmanlar arasında narahatlığa səbəb olub. Netanyahunun bu fikiri bildirməsindən müsəlmanlar “Əl-Əqsa” məscidinin dağıdılacağı qənaətinə gəliblər.

Mətbuata görə, onları bu fikrə gətirən “Tanah”ın Nevi’im (Peyğəmbərlər) hissəsində Məsihin gəlişindən sonra dağıdılmış “Süleyman məbədi”nin yenidən inşa ediləcəyindən bəhs edilməsidir. Çünki “Əl-Əqsa” məscidi vaxtilə dağıdılmış “Süleyman məbədi” kompleksinin ərazisində tikilib.

Qeyd edilir ki, “Süleyman məbədi” kompleksi ilk dəfə Qədim İsrail karllığının hökmdarı (peyğəmbər) Süleyman tərəfindən eramızdan əvvəl X əsrdə inşa etdirilib. Eramızdan əvvəl 586-cı ildə Babilistanın Yerusəlimi (Qüds) işğalı zamanı dağıdılıb. Babil sürgünündən azad olan yəhudilər yenidən “Süleyman məbədi”ni inşa ediblər. Tədricən kompleksə çevrilib. Məbəd kompleksi ikinci dəfə eramızın 70-ci ilində Romanın Qüdsü mühasirəyə almasından sonra dağıdılıb. Bu fikirlər mətbuatda yer alıb.

Bilindiyi kimi bölgədəki müharibə ilə əlaqədar Qüdsdə Əl-Əqsa məscidini İsrail bağlayıb.Belə bir fikirlər var ki, artıq Qüdsdə Məscid əl Əqsanın altında tunellər qazılıb, görünür fürsət tapıb həmin tunel vasitəsi ilə məscidi dağıdacaq yaxud partladacaqlar.

Əl-Əqsa müsəlman dünyasının ən böyük və ən qədim məscididir. Bu başlıcası da Məhəmməd peyğəmbərlə bağlıdır. Söz söhbət var ki, Əl-Əqsa məscidini İsrail ümumiyyətlə dağıtmaq istəyir.

Bu məscidin dağıdılması planı baş tutarsa bu islam dünyasında necə qarşılana bilər? İslam dünyası buna necə reaksiya verəcək? Ümumiyyətlə, bu məscidin məhv olunması nə demək olar?

Millət vəkilili Ceyhun Məmmədov baki-xeber.com-a bildirdi ki, Əl-Əqsa dağıdılarsa bu böyük qarşıdurmalara, münaqişəyə səbəb ola bilər. “Bu məsələyə islam dini baxımından yanaşanda müsəlmanlar üçün müqəddəs yerlərdən biri də Qüdsdür,

Əl-Əqsa məscididir. Bu yer bütün dinlərdə müqəddəs yer sayılır. Hesab edirəm ki, bu nüans mütləq şəkildə nəzərə alınmalıdır. Ola bilsin ki, məscidin bağlanması sırf təhlükəsizliklə əlaqədardır. Ola bilsin bir müddətdən sonra açılsın, yaxud uzun müddətli bir proses olsun. Amma nəzərə almaq lazımdır ki, bu müsəlmanlar arasında ciddi bir narazılığa və gərginliyə aparıb çıxara bilər. Ümumiyyətlə, bu günkü məsələlərin ən problemli cəhəti odur ki, bu kimi hadisələr dinlər arasında müharibəni və qarşıdurmanı da tətikləyə bilər”.

C.Məmmədov hesab edir ki, bu ciddi bir problemdir, çox ciddi narahatlıq doğuracaq məsələdir. “Ona görə də bu məsələdə bütün dünyanın çox diqqətli olmasına ehtiyac var. Ümid edirəm ki bu təhlükəsizliklə bağlı atılan bir addımdır. Yəni müharibələr, qarşıdurmalar, yarana biləcək təhlükə baxımından belə bir addım atılıb. Amma ümumən Əq-Əqsanın bağlanması qeyd edildiyi kimi müsəlman dünyasında çox ciddi qarşıdurmalara səbəb ola, prosesi ciddi bir müharibə səviyyəsinə apara bilər. Ona də bu məsələdə bu məqamı nəzərə almaq lazımdır”-deyə C.Məmmədov əlavə etdi.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Qüdsdə yerləşən Əl-Əqsa məscidi ilə bağlı qərarına sərt reaksiya verib.

Fidan İsrailin Əl-Əqsa məscidini ibadətə bağlamasını son dərəcə təhlükəli addım adlandırıb və bunun regionda yeni qəzəb dalğası yarada biləcəyini bildirib.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, belə qərarlar Yaxın Şərqdə onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirə və geniş miqyaslı qarşıdurmalar üçün zəmin yarada bilər.

Hakan Fidan həmçinin İsrailin baş naziri Benyamin Netanyahunun mümkün planları ilə bağlı da narahatlıq ifadə edib.

O bildirib ki, İsrail rəhbərliyi Hizbullahla mübarizə bəhanəsi altında daha geniş və ağır hərbi əməliyyatlara başlaya bilər.

Nazir açıq şəkildə qeyd edib ki, Ankara bu proseslərin humanitar fəlakətə və yeni qətliamlara gətirib çıxara biləcəyindən ciddi şəkildə narahatdır.

İradə SARIYEVA

Seçilən
15
baki-xeber.com

1Mənbələr