AZ

Ukraynadan sonra Moskvanın hədəfində bu ölkədir Politoloq

Bakupost portalından alınan məlumata görə, ain.az xəbər verir.

Mövcud təhlükəsizlik kontekstində Avropa Birliyinin dağılması və Polşanın qurumdan çıxması kimi hadisələr zəncirvari reaksiya yaratmaqla “köhnə qitə”nin təhlükəsizlik məsələsində ciddi boşluqların yaranmasına gətirib çıxara bilər.

Bunu Bakupost.az-a açıqlamasında politoloq Natiq Miri Polşa baş naziri Donald Tuskın ölkəsinin AB-dən çıxa biləcəyilə bağlı bəyanatını şərh edərkən deyib.

Ekspert bildirib ki, Tuskun bu açıqlaması AB rəhbərliyi üçün ciddi bir mesajdır:

“Avropa Birliyi qlobal güc mərkəzi kimi bir çox proseslərdən kənarda qalıb. Hətta qurum Avropa sərhədindəki Ukrayna-Rusiya müharibəsilə bağlı danışıqlar prosesində belə iştirak etmir. AB ümumiyyətlə vahid hüquqi, siyasi və iqtisadi məkan kimi çevik qərarlar qəbul etmək imkanını itirib. Bu güc həmçinin, özünü müdafiə etmək qabiliyyətindən məhrumdur və Rusiyanın qarşısında aciz durumdadır. Belədə, özünü müdafiə edə bilməyən bir mərkəz üzvlər və ətraf üçün heç zaman cəzbedici ola bilməz. Əslində Polşanın təhlükəsizliyinin təmin edilməsi AB-nin təhlükəsizlik sistemində prioritet yer tutmalıdır. Amma buna rəğmən AB-nin şərqdən gələn təhlükəni neytrallaşdırmaq üçün real müstəvidə ciddi addımlar atdığını görmürük. AB Ukraynaya dəstək üçün nəzərdə tutulan 90 milyard avroluq yardım məsələsini də hələ həll edə bilməyib. Avropa Birliyi ABŞ, Rusiya və Çin qarşısında da qorxaq siyasət yürüdür. Nəticədə Polşa baş nazirinin dediyi kimi, AB getdikcə cəzbediciliyini itirir. Amma bütün hallarda Polşanın AB-dən çıxmaqla bağlı qərar verəcəyini düşünmürəm. Çünki Ukraynadan sonra Rusiyanın birbaşa hədəfi məhz Varşavadır”.

Qeyd edək ki, Avropa Birliyinin çevik qərarlar qəbul edə bilməməsi, yürütdüyü qorxaq siyasət quruma üzv ölkələrin kəskin narazılığı ilə qarşılanır. Bu əsasda Polşa Baş naziri Donald Tusk ölkəsinin Avropa Birliyindən çıxa biləcəyini istisna etməyib. O, belə bir ssenarinin artıq "mücərrəd bir şey" olmadığını bildirmişdi.

Rüfət Sultan, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
www.bakupost.az

1Mənbələr